2007-ci il

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniyaya səfəri (4-7 sentyabr)

2007-ci il 4-7 sentyabr tarixində Əmman şəhərində, Krallığın “Əl əl-Beyt” Kral elmi müəssisəsinin təşkil etdiyi XIV beynəlxalq konfransda iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin Sədri Seyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada səfərdə olmuşdur. Səfər çərçivəsində A.Paşazadə İordaniya Kralı ilə görüşmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi qardaşlıq salamlarını Kral II Abdullaha çatdırmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər barədə məlumat vermiş və qarşılıqlı maraq kəsb edən siyasi məsələlərə dair fikir mübadiləsi aparmışdır. Şeyxülislam A.Paşazadə Kral II Abdullah tərəfindən İordaniyanın ali ordeni olan I-ci dərəcəli Kral Hüseyn ordeni ilə təltif edilmişdir.

 

İordaniya Kralı II Abdullahın Orta Asiya və Azərbaycan üzrə Şəxsi nümayəndəsi A.Vureykətin Azərbaycana səfəri (21-24 oktyabr)

2007-ci il 21-24 oktyabr tarixində İordaniya Kralı II Abdullahın Orta Asiya və Azərbaycan üzrə Şəxsi nümayəndəsi A.Vureykət (nazir ranqındadır) Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində A.Vureykət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gəbul edilmiş və Kral II Abdullahın Azərbaycan Prezidentinə ünvanladığı məktubu təqdim etmişdir. O, həmçinin Azərbaycanın xarici işlər, iqtisadi inkişaf, mədəniyyət və turizm, təhsil nazirləri ilə görüşlər keçirmiş və ikitərəfli münasibətlərin müxtəlif sahələrində əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparmışdır. AZAL-ın baş direktoru ilə görüş zamanı Krallığın “Royal Jordanian” aviaşirkətinin Əmman-Bakı marşrutu üzrə birbaşa müntəzəm uçuşlara başlaması məsələsi müzakirə edilmişdir.

 

İordaniya Kralı II Abdullah Dizayn və İnkişaf Bürosunun (KADDB) Baş icraçı direktoru Muəyyəd Sammanın Azərbaycana səfəri (2-5 dekabr)

2007-ci ilin 2-5 dekabr tarixində İordaniya Kralı II Abdullah Dizayn və İnkişaf Bürosunun (KADDB) Baş icraçı direktoru Muəyyəd Sammanın rəhbərlik etdiyi nümayəndə heyəti Respublikamızda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti AR Baş Naziri, Müdafiə Sənayesi Naziri və AR Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi ilə, habelə Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri ilə görüşlər keçirmiş, əməkdaşlıqla bağlı konkret məsələləri müzakirə etmişdir.

İordaniya Kralı II Abdullahın Orta Asiya və Azərbaycan üzrə Şəxsi nümayəndəsi A.Vureykətin Azərbaycana səfəri (25-26 dekabr)

2007-ci il 25-26 dekabr tarixində İordaniya Kralı II Abdullahın Orta Asiya və Azərbaycan üzrə Şəxsi nümayəndəsi A.Vureykət Azərbaycanda yenidən səfərdə olmuşdur. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, AR Müdafiə naziri, Dövlət neft fondunun icraçı direktoru, AR Prezidentinin müdafiə və iqtisadi məsələlər üzrə köməkçiləri ilə görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab E.Məmmədyarovun İordaniyaya səfəri (8-11 aprel)

2007-ci ilin 8-11 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov İordaniya Haşimilər Krallığına rəsmi səfər etmişdir. Səfər zamanı İordaniyanın Baş Naziri Maruf Baxit, Xarici İşlər Naziri Abdulilah          əl-Xatib, Əmman şəhərinin meri Ömər əl-Maani və İordaniya Senatının Sədri Zeyd əl-Rifai ilə görüşlər keçirilmişdir. 2007-ci ilin 9 aprel tarixində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Maliyyə Naziri cənab S.Şərifovun İordaniyaya səfəri (18-20 may)

2007-ci ilin 18-20 may tarixində İordaniyada Ölü dəniz sahilində Ümumdünya İqtisadi Forumunun Yaxın Şərq üzrə keçirilmiş toplantısında Azərbaycan Respublikasının Maliyyə Naziri S.Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti  iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İordaniyaya rəsmi səfəri (29-30 iyul)

2007-ci ilin 29-30 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İordaniya Haşimilər Krallığına rəsmi səfər etmişdir. Səfər zamanı Prezident İ.Əliyev və Kral II Abdullah arasında keçirilmiş təkbətək görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, onların gələcək perspektivləri müəyyənləşdirilmiş və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunmuşdur. Səfər zamanı 15 ikitərəfli saziş imzalanmışdır. Səfər çərçivəsində Prezident İ.Əliyev Əmman Böyük Bələdiyyəsinin Meri cənab Ömər əl-Məani ilə görüş keçirmiş və Meriyanın binasında Əmman şəhərinin mərkəzi küçələrindən birinə “Heydər Əliyev prospekti” adının verilməsinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Prezident İ.Əliyev Kral II Abdullah Dizayn və İnkişaf Bürosunu ziyarət etmiş və Büronun fəaliyyəti ilə tanış olmuşdur. Səfər zamanı İordaniyanın nüfuzlu təhsil ocaqlarından olan İordaniya Universitetində Prezident İ.Əliyevə Siyasi elmlər üzrə Fəxri Doktor adı verilmişdir.

İordaniyanın Nəqliyyat Nazirinin müavini A.Hədininin Azərbaycana səfəri (24-25 avqust)

2007-ci il 24-25 avqust tarixində İordaniyanın Nəqliyyat nazirinin müavini A.Hədidinin rəhbərliyi ilə İordaniya nümayəndə heyəti birbaşa hava xəttinin açılması məsələsini öyrənmək və Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Bakıya səfər etmişdir. Danışıqlar zamanı tərəflər 2008-ci ilin aprel ayından etibarən İordaniyanın milli hava daşıyıcısı olan “Royal Jordanian”ın Əmman-Bakı marşrutu ilə birbaşa müntəzəm uçuşlara başlaması barədə razılığa gəlmişlər.

 

 


İMZALANMIŞ SƏNƏDLƏR

 

1.“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İordaniya Haşimilər Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu” (09.04.2007 tarixində Əmmanda imzalanmışdır.);

 2. “2007-2009-cu illər üçün Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Təhsil, Elm, Mədəniyyət və İncəsənət, Gənclər və İdman, Səhiyyə və Media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram” (29 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 3. “Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Böyük Amman Bələdiyyəsi (İordaniya Haşimilər Krallığı) arasında dostluq və əməkdaşlıq haqqında Protokol” (29 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 4. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında Protokol” (29 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 5. “İordaniya-Azərbaycan İşgüzar Şurasının təsis olunmasına dair Saziş”   (29 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 6. “Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ekstradisiya haqqında Müqavilə” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır.);

 7. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığı Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 8. “Azərbaycan Respublikasının Standartlaşıdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi və İordaniya Standartlar və Metrologiya Orqanı (JİSM) arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və digər əlaqəli sahələr üzrə əməkdaşlıq haqqında Saziş” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 9. “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə İordaniyya Haşimilər Krallığının Statistika Departamenti arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 10. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 11. “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və İordaniya Televiziya və Radio Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 12. “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və İordaniya İnformasiya Agentliyi (Petra) arasında əməkdaşlıq haqqında Saziş” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 13. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Səhiyyə Nazirliyinin arasında Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”; (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 14. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”(30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 15. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);

 16. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” (30 iyul 2007-ci il tarixində Əmmanda imzalanmışdır);