2009-cu il

Əmmanda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın ilk iclası keçirilmişdir (24-25 fevral)

2009-cu ilin 24-25 fevral tarixində Əmmanda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın ilk iclası keçirilmişdir. İclasda iştirak etmək üçün AR İqtisadi inkişaf naziri Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada səfərdə olmuşdur. Səfər zamanı Ş.Mustafayev Baş nazir N.Zəhəbi və Sənaye və Ticarət naziri A.Hədidi ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Komissiyanın iclasının yekununda Hökumətlərarası Komissiyanın ilk iclasının Protokolu imzalanmışdır.

AR Müdafiə Naziri General-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniyaya səfəri(13-15 aprel)

2009-cu ilin 13-15 aprel tarixində AR Müdafiə Naziri General-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada səfərdə olmuşdur. Səfər zamanı S.Əbiyev İordaniya Baş Naziri, Müdafiə Naziri N.Zəhəbi ilə, İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin Sədri X.Sarayrahla görüşlər keçirərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Bundan əlavə S.Əbiyev İordaniyanın müdafiə sənayesi müəssisələrini ziyarət edərək istehsal edilən məhsullara baxmış, İordaniyanın xüsusi əməliyyat qüvvələri və terrorizmlə mübarizə üzrə təlim Mərkəzi (KASOTC) ilə tanış olmuşdur.

Azərbaycan Respublikasının Təhsil naziri M.Mərdanovun rəhbərliyi altında nümayəndə heyətinin İordaniyaya səfəri(19-24 aprel)

2009-cu ilin 19-24 aprel tarixində Azərbaycan Respublikasının Təhsil naziri M.Mərdanovun rəhbərliyi altında nümayəndə heyəti İordaniyada səfərdə olmuşdur. Səfərin məqsədi təhsil sahəsində əməkdaşlığı genişlərndirmək və dərinləşdirmək istiqamətində danışıqlar aparmaq, İordaniyanın təcrübəsi ilə tanış olmaq olmuşdur. Səfər çərçivəsində M.Mərdanov İordaniya Tərbiyə və Təhsil Naziri T.Nüeymi ilə, Ali Təhsil və Elmi Tədqiqatlar Naziri V.Məani ilə görüçlər keçirmiş, İordaniya Universitetini və İordaniya Elm və Texnologiya Universitetini ziyarət edərək onların rəhbərliyi ilə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmış, İordaniyanın orta təhsil sahəsində mövcud olan yeni təşəbbüslərlə tanış olmuşdur. Səfər çərçivəsində AR Təhsil Nazirliyi ilə İordaniya Tərbiyə və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

İordaniyanın Minalardan Təmizləmə və Reabilitasiya üzrə Milli Komitəsinin sədri, Şahzadə Mired Raed əl-Hüseynin Azərbaycana səfəri (03 may)

2009-cu ilin 03 may tarixində İordaniyanın Minalardan Təmizləmə və Reabilitasiya üzrə Milli Komitəsinin sədri, Şahzadə Mired Raed əl-Hüseyn Azərbaycana səfər etmişdir. Səfəri çərçivəsində Şahzadə AR Baş nazirinin müavini A.Şərifovla, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılovla, XİN-in Təhlükəsizlik problemləri idarəsinin rəhbərliyi ilə görüşlər keçirmişdir. Görüşdə ölkələr arasında mina və partlamamış hərbi sürsatların ləğv edilməsi sahəsində müvafiq qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Bu istiqamətdə Azərbaycanın potensialı Şahzadəyə əyani olaraq nümayiş etdirilmişdir.

AR Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin Sədri H.Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniyaya səfəri    (18-21 may)

2009-cu ilin 18-21 may tarixində AR Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin Sədri H.Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada səfərdə olmuşdur. Səfər zamanı Şahzadə Bəsma, İordaniya Qadınlarının Milli Komitəsinin Baş katibi Ə.Xader, İordaniya Qadınlarının Milli Forumunun Baş katibi M. Abu Samen, İnsan İnkişafı üzrə İordaniya Haşimilər Fondunun İcraçı Diektorunun müavini İ.Nimri, Ailə məsələləri üzrə Milli Şuranın rəhbəri senator H.Abu Ğazalehlə görüşlər və əməkdaşlıq istiqamətində faydalı müzakirələr keçirilmişdir.

Azərbaycan respublikası Prezidenti cənab İlham Əliyevin İordaniyaya səfəri (12-13 oktyabr)

2009-cu ilin 12-13 oktyabr tarixində Azərbaycan respublikası Prezidenti cənab İlham Əliyev İordaniyaya səfər etmişdir. Səfər zamanı cənab Prezidenti onun xanımı M.Əliyeva müşayiət etmişdir.

Səfərin ilk günü Kral II Abdullahla Prezident Əliyev arasında ikitərəfli formatda, daha sonra isə geniş tərkibdə görüşlər keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Eyni zamanda cənab Prezident İordaniya Baş naziri N.Zəhəbini də öz iqamətgahında qəbul etmişdir. Kral və Kraliça cənab Prezidentə və Azərbaycanın Birinci xanımına xüsusi diqqət göstərmişlər. Səfərin ilk günü şam yeməyindən sonra Kral və Kraliça qonaqları şəxsi avtomobildə mehmanxanaya gətirmişlər. Səfərin son günü isə Kral sükan arxasında oturaraq özü mehmanxanaya gəlmiş və yüksək qonaqları hava limanına aparmışdır.

Səfər çərçivəsində İKT sahəsində Saziş, habelə 2010-2012-ci illərdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələlərini ehtiva edən İcraedici Proqram imzalanmışdır. Dövlət başçımızı səfər zamanı AR-in beş naziri müşayiət etmiş (XİN, MTN, SEN, İİN və MSN) və onlar öz tərəfdaşları ilə müvafiq görüşlər keçirərək müzakirələr aparmışlar.

Bakıda Azərbaycanda-İordaniya Mədəniyyəti Günləri keçirilmişdir (19-24 oktyabr)

2009-cu ilin 19-24 oktyabr tarixində Azərbaycanda İordaniya Mədəniyyəti Günəri keçirilmişdir. Tədbirdə iştirak etmək üçün 25 nəfərlik İordaniya nümayəndə heyəti Respublikamıza səfər etmişdir. Günlər çərçivəsində İordaniyanın mədəniyyət və incəsənət inciləri nümayiş etdirilmiş, “Tafila” rəqs qrupu tərəfindən milli rəqslər ifa edilmişdir.

İordaniyanın İxracın təşviqi agentliyinin (JEDCO) Baş icraçı direktoru Y.Qudahın Azərbaycana səfəri (1-5 dekabr)

2009-cu ilin 1-5 dekabr tarixində İordaniyanın İxracın təşviqi agentliyinin (JEDCO) Baş icraçı direktoru Y.Qudah AR İqtisadi inkişaf naziri, AR-İordaniya Hökumətlərarası müştərək komissiyanın həmsədri Ş.Mustafayevin dəvətilə Bakıda olmuş, Nazir Ş.Mustafayevlə və digər rəsmi və işgüzar dairələri təmsil edən şəxslərlə görüşlər keçirərək iki ölkə arasında kənd təsəsrrüfatı məhsullarının ticarəti istiqamətində danışıqlar aparmışdır. Bu, habelə bu istiqamətdə göstərilmiş digər səylər nəticəsində 2010-cu ilin fevral ayından etibarən Azərbaycan şirkətləri tərəfindən İordaniyadan kənd təsəsrrüfatı məhsullarının Respublikamıza idxal edilməsinə başlanmışdır.

İMZALANMIŞ SƏNƏDLƏR 

1. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclasının Protokolu” (26 fevral 2009-cu il tarixində Əmmanda imzalanmışdır);

2. “İordaniya Tərbiyə və Təhsil Nazirliyi ilə AR Təhsil Nazirliyi arasında təhsil sahəsində Anlaşma Memorandumu” (21 aprel 2009-cu il tarixində Əmmanda imzalanmışdır);

3. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” (12 oktyabr 2009-cu il tarixində Əmmanda imzalanmışdır);

4.“Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (12 oktyabr 2009-cu il tarixində Əmmanda imzalanmışdır);