2010-cu il

İordaniyanın Gənclərlə iş üzrə ali şurasının Baş katibi, İordaniyanın Milli Olimpiya Komitəsinin Sədr müavini S.Hamdanın Azərbaycana səfəri (9-14 mart)

2010-cu ilin 9-14 mart tarixində iordaniyanın Gənclərlə iş üzrə ali şurasının Baş katibi, İordaniyanın Milli Olimpiya Komitəsinin Sədr müavini S.Hamdanın rəhbərliyi altında nümayəndə heyəti AR Gənclər və idman naziri A.Rəhimovun dəvətinə əsasən Respublikamızda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Nazir A.Rəhimov tərəfindən qəbul edilmiş, Heydər Əliyev Fondu ilə tanış olmuş, “İrəli” İctimai Birliyinin fəalları ilə görüşmüş və bir sıra idman mərkəzlərinə və komplekslərinə baxmışdır. Səfər çərçivəsində Əməkdaşlıq istiqamətində proqram imzalanmışdır.

İordaniya Kənd təsərrüfatı nazirinin müşaviri N.Havamdehin Azərbaycana səfəri (20-27 aprel)

2010-cu ilin 20-27 aprel tarixində İordaniya Kənd təsərrüfatı nazirinin müşaviri N.Havamdehin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfərin məqsədi Azərbaycandan İordaniyaya diri heyvanların ixrac edilməsi imkanları ilə tanış olmaqdan ibarətdir. Nümayəndə heyəti AR Kənd təsərrüfatı və İqtisadi inkişaf nazirliklərinin rəsmiləri (Nazir Ş.Mustafayevlə), habelə işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirərək əməkdaşlıq istiqamətində müzakirələr aparmışdır. Təşəbbüs Səfirlik tərəfindən irəli sürülmüş və İordaniya tərəfi ilə müzakirə olunduqdan sonra səfərin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. İordaniya kənd təsərrüfatı nazirliyi “Nineva” şirkətinə Azərbaycandan 80 min baş xırdabuynuzlu diri heyvan idxal edilməsi barədə lisenziya vermişdir.

Bakıda Müdafiə məsələləri üzrə Azərbyacan-İordaniya müştərək komissiyasının 3-cü iclası                (26-29 aprel)

2010-cu ilin 26-29 aprel tarixində Bakıda Müdafiə məsələləri üzrə Azərbyacan-İordaniya müştərək komissiyasının 3-cü iclası keçirilmişdir. İordaniya nümayəndə heyətinə ölkənin Silahlı Qüvvələrinin Strateji Planlaşdırma üzrə Qərargah Rəisi Briqada generalı A.Tell rəhbərlik etmişdir. Nümayəndə heyəti AR Müdafiə naziri S.Əbiyev tərəfindən qəbul edilmiş, əməkdaşlıq istiqamətində maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmışdır. Müştərək Komissiyanın iclasının sonunda müvafiq Protokol imzalanmış və növbəti il üçün Tədbirlər Planı qəbul edilmişdir.

İMZALANMIŞ SƏNƏDLƏR 

1. “Azərbaycan Respublikası Höküməti və İordaniya Haşimilər Krallığı Höküməti arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (16 may 2010-cu il tarixində Bakıda imzalanmışdır);

2. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş” (16 may 2010-cu il tarixində Bakıda imzalanmışdır);