Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş pasportu

Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinın Pasport-qeydiyyat idarəsi tərəfindən verilir. Bu pasportların etibarlılıq müddəti adətən 10 ilə qədər olur. Məlum olduğu kimi xaricdə yaşayan vətəndaşlarımızın etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya itmiş pasportlarının yenisi ilə əvəz edilməsi prosesini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu sahədə Daxili İşlər Nazirliyinin müvafiq strukturu ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə vətəndaşlarımız öz pasportlarını dəyişdirmək imkanlarına sahib olurlar.

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyi də Krallıqda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların müddəti bitmiş, yararsız hala düşmüş və ya itmiş pasportlarının yenisi ilə əvəz edilməsi üçün lazımi tədbirlər həyata keçirir.

Ümumvətəndaş pasportunun yenisi ilə əvəz edilməsi üçün İordaniya Haşimilər Krallığında yaşayan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri Səfirliyin Konsulluq şöbəsinə təqdim etməlidirlər:

1. etbarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş pasportun əsli(Pasportda vətəndaşın konsulluq qeydiyyatında durması öz əksini tapmalıdır)

a) Pasport itibsə, pasportun itməsi ilə əlaqədar polisin məktubu (tərcümə edilmiş şəkildə)

2. ümumvətəndaş pasportunun verilməsi haqqında Ərizə-anket formasının vətəndaş  tərəfindən doldurululmuş forması

3. 2 ədəd fotoşəkil (donuq-matovıy).

4. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün vətəndaşın şəxsən (əli ilə) yazdığı ərizə

5. Vətəndaşın İordaniyada daimi yaşadığına, təhsil aldığını və ya işlədiyini təsdiq edən müvafiq sənəd

6. Ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin Səfirliyin konsulluq  şöbəsində  tərtib edilib göndərilməsinə görə 50 ABŞ dolları məbləğındə dövlət rüsumunun Səfirliyin hesabına keçirilməsi haqqında sənəd

7. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi ilə bağlı 40 AZN dövlət rüsumunun ödənilməsi haqqında sənəd:

Bu ödəniş ya vətəndaşın Azərbaycanda yaşayan qohum və ya tanışları tərəfindən Daxili İşlər Nazirliyinin müvafiq hesabına ödənilib bank qəbzi Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə təqdim edilir (bu barədə vətəndaş yazdığı ərizədə zəmanət verməlidir,) ya da xaricdən banklararası ödəniş vasitəsilə ödənilərək  qəbzin əsli Səfirliyin konsulluq idarəsinə təqdim edilməlidir.

QEYD:a) Əgər vətəndaş köhnə pasportunu aldıqdan sonra soyadını dəyişdiribsə, soyadın dəyişdirlməsi haqqında müvafiq şəhadətnamənin təsdiq olunmuş surəti təqdim olunmalıdır.

 b) Köhnə SSRİ nümunəli pasportlara malik olan şəxslər qan qrupu barədə arayış təqdim etməlidirlər

Xaricdə 18 yaşına çatmış ilk dəfə ümumvətəndaş pasportunu əldə etmək istəyən Azərbaycan Respublikası vətəndaşları aşağıkı sənədləri Səfirliyin konsulluq şöbəsinə təqdim etməlidirlər:

1.      Vətəndaşın ərizəsi

2.      Ərizə-anketın vətəndaş tərəfindən doldurulmuş forması

3.      2 ədəd fotoşəkil (donuq-matovıy)

4.      Doğum haqqında şəhadətnamənin əsli və notariat qaydada təsdiq edilmiş surəti

5.      Vətəndaş valideynlərindən hər hansı birinin pasportuna yazılıbsa, həmin pasportun əsli və 2-ci, 3-cü, 4-cü, 5-ci və konsulluq qeydiyyatı olan səhifələrinin surətləri

6.      Vətəndaşın konsulluq qeydiyyatına alınması barədə Səfirliyin blankında (118a) möhür və imza ilə təsdiq olunmuş arayış

Ümumvətəndaş pasportunun verilməsi haqqında ƏRİZƏ-ANKET FORMASI