Digər konsulluq əməliyyatları

-SƏNƏDLƏRİN AZƏRBAYCAN RESPUBLİKASININ MÜVAFİQ ORQANLARINDAN SORĞU EDİLMƏSİ

Azərbaycan Respublikası orqanlarından müvafiq sənədlərin (subaylıq haqqında, məhkumluğun olmamağı haqqında və s.) sorğu edilməsi Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir.

 Bunun üçün vətəndaş şəxsən ərizə yazmalı, müvafiq qaydada anket forması doldurmalıdır. Sorğu edilən məsələ ilə əlaqədar olan bütün sənədlər təqdim edilməlidir.

Misal: Müəyyən vaxtlarda Azərbaycanda təhsil almış İordaniya vətəndaşı bu dövrdə onun heç bir cinayət məsuliyyətinə cəlb edilməməsi haqqında Azərbaycan Respublikası Orqanlarından sorğu etmək istədikdə müvafiq qaydada təhsil haqqında diplomunu və ya onu əvəz edən sənədi Səfirliyin konsulluq bölməsinə təqdim etməlidir. 

 Sənədlərin sorğu əsasında alınmasına görə, hər sənəd üçün 25 ABŞ dolları məbləğində dövlət rüsumu tutulur.

 Hərbi bilet, əmək kitabçası, sürücülük vəsiqəsi, ailə vəziyyəti haqqında arayış, xasiyyətnamələr, Azərbaycan Respublikasının müəssisələrində saxlanılan şəxsi işlər sorğu edilə bilməz.

 Ərizəçinin sorğusunun nəticələri barədə məlumat, yalnız sorğu edilən müvafiq təşkilatdan cavab daxil olduqda, mümkün olacaqdır.

Sənədlərin sorğu edilməsi məqsədilə Səfirliyə müraciət etmək üçün ƏRİZƏ forması

Sənədin sorgu edilməsi haqqında ƏRİZƏ-ANKET FORMASI                                                     

16 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarının valideynlərinin pasportlarına daxil edilməsi üçün tələb olunan sənədlər:

1. Vətəndaşın doğum haqqında şəhadətnaməsinin əsli və notarial qaydada təsdiq edilmiş

surəti

2. Vətəndaşın 2 ədəd fotoşəkli(donuq-matovıy)

3. Vətəndaşın şəklinin əlavə ediləcəyi pasportun əsli və surəti

4. Valideynlərin nigah haqqında şəhadətnamələrinin surəti

5. Vətəndaşın şəklini atanın pasportuna əlavə etmək üçün notariat qaydada təsdiq olunmuş

ananın rəsmi razılığı

6.Vətəndaşın şəklinin ananın pasportuna əlavə etmək üçün notariat qaydada təsdiq

olunmuş atanın rəsmi razılığı

7. Müvafiq əməliyyatın aparılması 20 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz