2011 -ci il

2011-ci il 7-9 aprel tarixlərində İordaniyanın mədəniyyət naziri T.Masarva Azərbaycana səfər edib.

2011-ci il 11-12 aprel tarixlərində İordaniyanın sənaye və ticarət naziri Hani Mulqinin rəhbərliyi ilə İordaniya nümayəndə heyəti Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 2-ci iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.

2011-ci il 18-21 aprel tarixlərində AR gənclər və idman naziri A.Rəhimov İordaniyaya səfər edib.

2011-ci il 13-20 oktyabr tarixlərində İordaniyanın Gənclər üzrə Ali Şurasının nümayəndə

heyəti Bakı “Dünya Gənclər Festivalı”nda iştirak etmək üçün Azərbaycana səfər edib.