2012 -ci il

2012-ci il 16-17 yanvar tarixlərində AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Əmmanda səfərdə olub. Nümayəndə heyəti rabitə üzrə Azərbaycan-İordaniya birgə işçi qrupunun ilk iclasında iştirak edib.

2012-ci il 27 fevral tarixində Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılığı ilə nümayəndə heyəti İordaniyada səfərdə olub. Baş nazir Aun əl-Xasauna ilə görüşüb, iqtisadi sahədə əməkdaşlıq və qarşılıqlı investisiya yatırımı imkanları müzakirə olunub.

2012-ci il 09 iyul tarixində Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı İordaniyada keçirilən Çaraş Mədəniyyət və İncəsənət Festivalında iştirak edib.

2012-ci il 13 iyul. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Elman Araslı Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2012-ci il 13 iyul. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Sabir Ağabəyov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.