2013 -cü il

2013-cü il 6-9 may tarixlərində İordaniya Senatının sədri Tahir Masrinin rəhbərlik etdiyi

nümayəndə heyəti Bakı “Cənubi Qafqaz Forumu”nda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

2013-cü il 7 may tarixində İordaniya kraliçası xanım Nur Bakı “Cənubi Qafqaz Forumu”nda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

2013-cü il 31 may tarixində AR rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak etmək məqsədilə İordaniyaya səfər etmişdir.

2013-cü il 11 iyun tarixində Krallığın vəqflər və islam işləri naziri Mohd Maabdeh “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə strateji sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrin Konfransında və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılmasına dair konfransda” iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.