2018 - ci il

2018-ci ilin 21-23 yanvar tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyəti üzvlərindən ibarət nümayəndə nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi R.Muradov İordaniyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Kral II Abdullah, Əmir Həsən bin Talal, Senatın sədri Feysal əl-Fayez və xarici işlər naziri A.əs-Safadi ilə görüşlər keçirib.

 2018-ci il 29 yanvar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Sabir Ağabəyov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2018-ci il 13 fevral. Azərbaycan Respublikası İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyi tamam olub. Bu münasibətlə İordaniya Kralı II Abdullah ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında və iki ölkənin xarici işlər nazirləri arasında təbrik mnəktublarının mübadiləsi olub.

2018-ci il 19 fevral. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2018-ci il tarixli Sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2018-ci ilin 19-20 fevral tarixlərində Əmmanda Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib. İqtisadiyyat naziri Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iclasda iştirak etmək üçün İordaniyada səfərdə olub. Səfər zamanı Ş.Mustafayev İordaniyanın sənaye, ticarət və təchizat naziri Y.əl-Qudah və xarici işlər naziri A.əs-Safadi ilə görüşlər keçirib.

2018-ci ilin 10-14 mart tarixlərində Bakıda keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə İordaniya musiqiçiləri iştirak edib.

2018-ci ilin 15-17 mart tarixlərində VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə şahzadə Raad bin Zeydin başçılığı ilə İordaniya nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Şahzadə Raad bin Zeyd 1993-cü ilin 13 fevral tarixində İordaniya nümayəndə heyətinin başçısı kimi Azərbaycanda rəsmi səfərdə olmuş, Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokolu imzalamışdır.

2018-ci ilin 4-7 aprel tarixlərində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani ölkəmizdə səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də dövlət naziri M.əl-Momanini qəbul edib. Səfər çərçivəsində dövlət naziri M.əl-Momani ilə AR xarici işlər naziri E.Məmmədyarov arasında görüş keçirilib.

2018-ci ilin 11 aprel tarixində ölkəmizdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək üçün İordaniya Dövlət Radio və Televiziya Müəssisəsindən Ahmad Hamad Awwad Al Habarneh (müxbir) və Mohammad Izzat A Mohammad (operator), “Petra” Dövlət Xəbərlər Agentliyindən Mashoor Earis Abdul Kareem Al Shakhanbi (müxbir) 7-13 aprel 2018-ci il tarixlərində ölkəmizdə səfərdə olmuşlar.

2018-ci ilin 18 aprel tarixində Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak etmək üçün İordaniya Gənclər Nazirliyinin baş katibi Sabit ən-Nablusi və İordaniya İdman Hərəkatına Dəstək Fondunun baş direktoru Abdurrəhman əl-Armuti ölkəmizdə səfərdə olmuşlar.

2018-ci ilin 9 may tarixində AR iqtisadiyyat nazirinin müavini S.Həsənova başda olmaqla nümayəndə heyəti İordaniyada (Ölü dəniz sahilində) keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının növbəti illik toplantısında iştirak etmək üçün İordaniyada səfərdə olmuşdur.

2018-ci ilin 24-28 iyun tarixlərində İordaniya Dövlət Radio və Televiziya Müəssisəsindən Basim Mohammad Saleh AbuHammad (müxbir) və Mohammad Izzat A Mohammad (operator), “Petra” Dövlət Xəbərlər Agentliyindən Xaled Abdulla Ahmad al-Şbul (redaktor) Azərbaycan Silahlı Qüvvələrinin 100 illik tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşlar.

2018-ci ilin 17-20 iyul tarixlərində İordaniya şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, İordaniyada Əlil Hərbçilər üzrə Haşimi Komissiyasının sədri, İordaniya Paralimpiya Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn və Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin baş direktoru Məhəmməd Breikat Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) dəvəti ilə ANAMA-nın təsis edilməsinin 20 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Şahzadə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.

2018-ci ilin 07-15 avqust tarixlərində xarici ölkələrin gəncləri arasında keçirilmiş ənənəvi “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qalibləri sırasında 10 nəfər İordaniya təmsilçisi də olub. Ölkəmizə səfər etmiş bu gənclərə AR Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və xatirə hədiyyələri təqdim edilib.

2018-ci ilin 17-23 sentyabr tarixlərində Bakı Media Mərkəzi “Oralar” səyahət verilişinin 11 əməkdaşı jurnalis Azər Qəribin rəhbərliyi ilə turizm yerlərində çəkilişlər aparmaq məqsədilə İordaniyada səfərdə olmuşlar.

2018-ci ilin 19-22 sentyabr tarixlərində İordaniya Nümayəndələr Palatasının nümayəndə heyəti (doktor Fawzi Daoud, Mahaseh al Shara’ah, Mohammad al Thahrawy və Baker al Saydeh) Azərbaycan Parlamentinin yüz illik yubiley tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olub.

2018-ci il 28 sentyabr. AR xarici işlər naziri E.Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salınıb, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

2018-ci ilin 28 sentyabr tarixində Bakida iordaniyalı tarixçi jurnalist Ömər əl-Armutinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” və “İordaniya-Azərbaycan əlaqələrinə dair” kitablarının təqdimat mərasimi keçirilmişdir. İƏT üzv Dövlətləri Jurnalistlər Assosiyasiyasının təşkilatçılığı ilə təşkil olunmuş Dəyirmi Masa çərçivəsində keçirilmiş həmin mərasimdə müəllif Ö.əl-Armuti ilə yanaşı  İordaniyadan jurnalist Məram əl-Haşim və şair Abdurrəhman əl-Mubəyyidin də iştirak etmişlər.