news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 noyabr 2025

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və İordaniyanın Turizm və Əntiq Əşyalar Nazirliyinin baş katibi və nazir müavini Yazan əl-Xadiri, “Royal Jordanian Airlines” şirkətinin yük daşımaları üzrə icraçı direktoru Xalid Məhəmməd əl-Havaldə və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər əl-Nahar arasında görüş keçirilib.

İki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı baxımından növbəti konstruktiv addım olan bu görüş zamanı hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti ilə 2026-cı ilin iyun ayından etibarən Bakı – Amman – Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub.

Bu təşəbbüs aviasiya əlaqələrinin daha səmərəli qurulmasına, həmçinin Azərbaycan və İordaniya arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Qeyd edək ki, Əmman istiqamətində cari ilin iyun – sentyabr ayları ərzində yerinə yetirilmiş müntəzəm çarter reysləri vasitəsilə 3 mindən çox sərnişinə xidmət göstərilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti