news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2025

Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

memorandumu İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov ilə İordaniya Taekvondo Federasiyasının prezidenti şahzadə Rəşid bin Əl Həsən imzalayıb.

Memorandum çərçivəsində Azərbaycan və İordaniya arasında idmanın taekvondo növü üzrə əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı təlim-məşq toplanışları, seminarlar, idmançı və məşqçilərin təcrübə mübadiləsi və digər məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

Görüşdə Azərbaycan və İordaniyada taekvondonun inkişafı sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən danışılıb, idmanın bu növünün populyarlığının artırılması məqsədilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib və geniş fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti