news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 may 2026

İordaniya Senatının üzvü: WUF13 ölkələr arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhərlərin inkişafı və insan hüquqları sahəsində ölkələr arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu İordaniya Senatının üzvü, "Mən insanam” adlı əlilliyi olan şəxslərin birliyinin sədri Asya Abdel Yaqi deyib.

O bildirib ki, xüsusilə müharibə və iqlim dəyişikliklərindən təsirlənən regionlar üçün belə platformalar vacibdir: “Burada müxtəlif ölkələrdən çoxlu faydalı məlumatlar təqdim olunur”.

Senator inklüzivliyin dayanıqlı şəhərlərin qurulmasında vacib rol oynadığını vurğulayıb.

Asya Abdel Yaqi əlavə edib ki, belə tədbirlər gələcək üçün real fəaliyyət planlarının hazırlanmasına imkan yaradır: “Planlar yalnız kağız üzərində qalmamalı, real layihələrə çevrilməlidir. Məqsəd insanların yaxşı mühitdə yaşaması üçün şərait yaratmaqdır”.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti