news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 fevral 2024

İordaniyalı parlamentari: Bir çox xalqlar seçkilərin bu cür keçirilməsini arzu edər

Ötən gün 14 seçki məntəqəsinə baş çəkdik. Həmin məntəqələrdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyini müşahidə etdik.

Bu sözləri İordaniya parlamentinin müşahidə missiyasının rəhbəri Abdelrahim Faleh Obeidallah Al-Maya növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Seçkilər xalqın azad iradəsini ifadə edirdi. Bir çox xalqlar seçkilərin bu cür keçirilməsini arzu edər. Heç bir məntəqədə qanun pozuntusuna rast gəlmədik. Azərbaycan xalqı bir çox üstün mənəvi keyfiyyətlərə sahibdir. Seçkilərin də bu cür yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqına xas olan xüsusiyyətdir”, - deyə o diqqətə çatdırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti