Konsulluq Qeydiyyatı

 İordaniya Haşimilər Krallığında daimi, müvəqqəti, təhsil almaq məqsədilə yaşayan, eləcə də Krallığa səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyimizin Konsulluq bölmsəsində uçota düşmələri tövsiyyə olunur.

Həmvətənlərimizin Səfirliyin Konsulluq böməsində qeydiyyyatı onlara Krallıqda ehtiyyac yarandıqda müvafiq konsulluq yardımlarının göstərilməsi işini, ölkədə baş verən fövqəladə hallar zamanı onlarla operativ əlaqənin yaradılaraq köməyin göstərilməsini, ölkəmizdə baş verən mühüm hadisələr haqqında həmvətənlərimizin məlumatlandırılması işini asanlaşdırır. Bundan əlavə vətəndaşlarımızın şəxsiyyətini təsdiq edən sənədlərin itməsi və ya oğurlanması hallarında onlara lazımi hüquqi yardımın göstərilməsinə də imkan verir.

Məlumat üçün bildirirk ki, bəzi hallarda Krallığa gələn vətəndaşlarımız ölkədə uzun müddət olmalarına baxmayaraq konsulluq qeydiyyatına alınmırlar. Nəticə etibarilə onların qarşılaşdığı problemlərin Səfirlik tərəfindən operativ həlli məsələsində ləngimə baş verir. Buna görə də Krallıqda yaşayan vətəndaşlarımızdan Səfirliyin Konsulluq bölməsində uçota düşmələri bir daha tövsiyyə olunur.

QEYD: Konsulluq qeydiyyatı vətəndaşın üzərində heç bir məsuliyyət yaratmır. Azərbaycan Respublikasının İnformasiya əldə etmək haqqında Qanunu və digər normativ hüquqi aktlarına uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşına münasibətdə şəxsi və ya ailə statusu barədə məlumat, habelə onun qaldığı və ya olduğu yer barəsində məlumat, həmin şəxsin razılığı olmadan digər müraciət edən şəxslərə və ya orqanlara təqdim edilə bilməz 

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:

1. Pasportun əsli və surəti

2.  118a Qeydiyyat forması

3. 2 ədəd fotoşəkil

 

Arxiv üzrə axtarış