Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

İordaniya Haşimilər Krallığına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları bu ölkənin Daxili İşlər Nazirliyinin aşağıda qeyd edilən linkinə daxil olaraq qısa müddət ərzində elektron viza əldə edə bilərlər: 

https://eservices.moi.gov.jo/MOI_EVISA/faces/Pages/Runnables/login.jsf;jsessionid=Y3GhnDc6c1anr5BuXfUz7_NvNiRUeGdnFqJPl4hh521O_-WrFwx-!1310258042

 AR vətəndaşlarına nisbətdə birdəfəlik giriş-çıxış vizası üçün 57 ABŞ dolları (40 iordaniya dinarı) məbləğındə viza rüsumu odənilir. Vizalar ziyarət, turist, iş, biznes və müvəqqəti və ya daimi yaşayış məqsədilə rəsmiləşdirilir. İş və biznes vizaların alınması, eləcə də krallıqda bu məqsədlə fəaliyyətin aparılması üçün İordaniyanın aidiyyatı qurumlarından müvafiq icazə tələb olunur.

Diplomatik və xidməti pasportlara malik Azərbaycan Respublikası vətəndaşların nəzərinə:

İordaniya Haşimilər Krallığı və Azərbaycan Respublikasının Hökuməti arasında 29 iyul, 2007-ci il tarixində imzalanmış müqaviləyə əsasən, diplomatik və xidməti pasportların sahibləri, həmçinin azyaşlı və adları pasportda qeyd olunmuş ailə üzvləri İordaniya ərazisində qala, ölkəni tərk edə və ölkə ərasindən tranzit yolu ilə 90 gün vizasız səyahət etmək hüququna malikdir.  

Viza rejimini pozan vətəndaşlar tərəfindən (vizanın müddəti bitdikdə) hər gün üçün 3 ABŞ dolları (2 iordaniya dinarı) məbləğində cərimə ödənilir.

Ölkədə qalma və hərəkət: Krallıqda daimi və ya müvəqqəti yaşamaq üçün yaşayış icazəsi (havuyya) əldə etmək lazımdır. İordaniya daxilində istənilən yerə hərəkət etmək üçün pasport olmalıdır.

Heyvanların ölkəyə gətirilməsi və aparılması:  Ev heyvanlarının İordaniya Krallığına gətirilməsi üçün müəyyən proseduralara əməl edilməlidir:

-         Heyvanın baytar qeydiyyat sənədi (peyvənd qeydləri)

-         Baytar tərəfindən verilmiş sağlamlıq sənədi

-         Bu sənədlər Azərbaycanın müvafiq qurumlarında və İordaniyanın ölkəmizdəki Səfirliyində təsdiq edilməlidir.

Gömrük qaydaları: İordaniya Haşimilər Krallığında gömrük qaydaları əksər dünya gömrük qaydalarına uyğundur.  

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin Konsulluq Şöbəsinin adresi: Al-Kursi, Al-Awabed str, # 13

  • Phone: (+962 6) 593 55 25, (+962 6) 593 32 31
  • Fax: (+962 6) 593 28 26
  • E-Mail: amman@mission.mfa.gov.az
  • P.OBox: 851894, 11185 Amman
  • İş saatları: 9:00-dan - 13:00-dək
  • İstirahət günləri: Cümə və Şənbə günləri
  • Web-Site: https://amman.mfa.gov.az

 

Arxiv üzrə axtarış