İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Qısa tarixi məlumat:
İordaniya Haşimilər Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci il tarixində tanımışdır. Azərbaycan ilə İordaniya arasında diplomatik münasibətlər isə13 fevral 1993-cü il tarixində qurulmuşdur. 28 may 2006-cı il tarixində Azərbaycan Respublikasının İordaniyada, 2007-ci ilin may ayının 5-də isə İordaniyanın Azərbaycanda Səfirliyi açılmışdır.
Yüksək səviyyəli qarşılıqlı səfərlər:
Dövlət başçıları:
2006-cı il 22-23 avqust - Kral II Abdullahın rəsmi səfəri
2007-ci il 29-30 iyul - Prezident İlham Əliyevin rəsmi səfəri
2008-ci il 6 may - Kral II Abdullahınişgüzar səfəri
2009-cu il 12-13 oktyabr - Prezident İlham Əliyevin rəsmi səfəri
2010-cu il 15-17 may - Kralı II Abdullahın rəsmi səfəri
Hökumət başçıları:
2006-cı il 6-8 noyabr - Baş nazir MarufBaxitin səfəri
Parlament rəhbərləri:
6-9 may 2013-cü il - Krallığın Senatının sədri Tahir Masrininsəfəri (Cənubi Qafqaz Forumunda iştirak üçün)
27-30aprel 2014-cü il - Krallığın Senatının sədri Abdur-Rauf Ravabdehinsəfəri (II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak üçün).
Parlamentlərarası əlaqələr:
Hazırda Milli Məclisdə təsdiq edilmiş tərkibində 7 millət vəkili olan və Ərəstun Cavadov rəhbərlik etdiyiAzərbaycan–İordaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
31 mart 2014-cü il tarixində krallığın parlamentində (Nümayəndələr palatasında) İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradımış və millət vəkili HazemQaşu həmin qrupun rəhbəri seçilmişdir.2014-cü il iyul ayının 15-də İordaniya-Azərbaycan Parlamentlərarası Qardaşlıq Qrupu həmçinin krallığın parlamentinin yuxarı palatası – Senatda da təsis edilmiş və Senat üzvü Məhəmməd Squr həmin qrupun rəhbəri seçilmişdir.
Sahələr üzrə əməkdaşlıq:
Siyasi sahədə:
XİN-lərarasıməsləhətləşmələr:
2001-ci il 17-22 avqust - Xarici işlər nazirinin müavini X.Xələfovun səfəri
2007-ci il 8-10 aprel - Xarici işlər naziri E.Məmmədyarovun rəsmi səfəri
2007-ci il 6-7 noyabr - Xarici işlər nazirinin müavini V.Sadıqovun işgüzar səfəri
Əsas saziş və müqavilələr:
1. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökumətiarasında ikitərəfli əməkdaşlıq haqqında çərçivə Sazişi”
2.“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İordaniya Haşimilər Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”
3. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Hashimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş gəlişi haqqında Saziş”
Müqavilə-hüquq bazası:
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında 34 sənəd imzalanmışdır
Müqavilə-hüquq bazası
Hesabat ili ərzində Azərbaycan və İordaniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi Səfirliyin diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, iki ölkə arasında müxtəlif sahələri əhatə edən 41 Saziş imzalanmışdır (tam siyahı əlavə edilir – 41 Saziş. Bunlardan 24-ü Hökumətlərarası Saziş, 17-i isə müxtəlif özəl təşkilatlar arasında imzalanmış sənədlər, Komissiyaların iclaslarının protokolları, icra proqramları və tədbirlər planıdır).
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında imzalanmış sənədlər:
1)“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında Texniki, İqtisadi və Mədəni Əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumu” (13.02.1993-cü il).
2)Birgə Bəyanat (13.02.1993-cü il).
3)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi” (23.08.2006-cı il).
4)“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Saziş” (07.11.2006-cı il).
5)“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət Sazişi” (07.11.2006-cı il).
6)“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”; (07.11.2006-cı il).
7)“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə İordaniya Haşimilər Krallığı Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Saziş” (07.11.2006-cı il).
8)“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZpromo) ilə İordaniya Biznesin İnkişafı Korporasiyası arasında Anlaşma Memorandumu” (07.11.2006-cı il).
9)“Azərbaycan Hava Yolları Dövlət Konserni ilə İordaniya Mülki Aviasiya Departamenti arasında Anlaşma Memorandumu” (07.11.2006-cı il).
10)“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İordaniya Haşimilər Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu” (09.04.2007-ci il).
11)“Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ekstradisiya haqqında Saziş” (29.07.2007-ci il).
12)“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığı Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (29.07.2007-ci il).
13)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” (29.07.2007-ci il).
14)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş gəlişi haqqında Saziş” (29.07.2007-ci il).
15)“2007-2008-2009-cu illər üçün Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Təhsil, Elm, Mədəniyyət və İncəsənət, Gənclər və İdman, Səhiyyə sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram” (29.07.2007-ci il).
16)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”( 29.07.2007-ci il).
17)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində əməkdaşlıq haqqında Saziş” (29.07.2007-ci il).
18) “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə İordaniya Haşimilər Krallığının Statistika Departamenti arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş” (29.07.2007-ci il).
19)“Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Böyük Əmman Bələdiyyəsi (İordaniya Haşimilər Krallığı) arasında dostluq və əməkdaşlıq haqqında Protokol” (29.07.2007-ci il).
20)“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və İordaniya Televiziyası arasında əməkdaşlıq haqqında Saziş” (29.07.2007-ci il).
21)“Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və İordaniya İnformasiya Agentliyi (Petra) arasında əməkdaşlıq haqqında Saziş” (29.07.2007-ci il).
22)“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Səhiyyə Nazirliyinin arasında Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” (29.07.2007-ci il).
23)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” (29.07.2007-ci il).
24)“Azərbaycan-İordaniya İşgüzar Şurasının təsis edilməsinə dair” (29.07.2007-ci il).
25) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında Protokol” (29.07.2007-ci il).
26) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”. (05.05.2008-ci il).
27)“Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”. (05.05.2008-ci il).
28)“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və İordaniya Haşimilər Krallığının Kral II Abdullah Dizayn və İnkişaf Bürosu arasında Saziş (06.05.2008-ci il).
29)“Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclasının Protokolu” (26.02.2009-cu il).
30)İordaniya Tərbiyə və Təhsil Nazirliyi ilə AR Təhsil Nazirliyi arasında təhsil sahəsində Anlaşma Memorandumu” (21.04.2009-cu il).
31)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” (12.10.2009-cu il).
32) “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (12.10.2009-cu il).
33)“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclər siyasəti və idman sahəsində 2010-2011-ci illər üçün Tədbirlər Planı (01.03.2010-cu il).
34)“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş” (16.05.2010-cu il).
35)“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (16.05.2010-cu il).
36)“M.F.Axundov adına Milli Kitabxana və İordaniya Milli Kitabxanası arasında əməkdaşlıq arasında Anlaşma Memorandumu” (01.12.2010-cu il).
37)“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2011-2013-cü illər üzrə əməkdaşlıq barədə Tədbirlər Planı (08.04.2011-ci il).
38)“Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclasının Protokolu” (12.05.2011-ci il).
39) “Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın ilk iclasının Protokolu” (19.06.2012-ci il).
40) “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İordaniya Haşimilər Krallığının Qadın Məsələləri üzrə Milli Komissiyası arasında Əməkdaşlıq haqqında Memorandum”.
41)“Bakı Dövlət Universiteti və İordaniya Universiteti arasında akademik əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi.
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında baxılmaqda olan və razılaşdırılmış sənədlər:
1) “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və İordaniya Haşimilər Krallığının Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və onların peşə biliklərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi (İordaniya tərəfində baxılmaqdadır).
2) “Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında Dənizçilərin hazırlanması, onlara Diplom verilməsi və Növbə Çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın 1/10-cu qaydasına uyğun olaraq sertifikatların tanınması haqqında Anlaşma Memorandumu” layihəsi (Razılaşdırılmışdır).
3) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Sazişin İcra Təlimatları” layihəsi (Azərbaycan tərəfində baxılmaqdadır).
4) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş” layihəsi (Azərbaycan tərəfində baxılmaqdadır).
5) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” layihəsi (İordaniya tərəfində baxılmaqdadır).
6) “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji, neft və qaz kəşfiyyatı və mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi (İordaniya tərəfində baxılmaqdadır).
7) “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” layihəsi (Azərbaycanda dövlətdaxili proseduradan keçmişdir).
8) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” layihəsi (Razılaşdırılmışdır).
9) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Krallığı Hökuməti arasında ticarət gəmiçiliyi haqqında Saziş” layihəsi (İordaniya tərəfində baxılmaqdadır).
10) “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Təhsil və Elmi Tədqiqat Nazirliyi arasında ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi (Azərbaycan tərəfində baxılmaqdadır).
11) “Azərbaycan Milli Elmlər Akademiyası və İordaniya Elm və Texnologiya üzrə Ali Şurası Anlaşma Memorandumu” layihəsi (Azərbaycan tərəfindən birbaşa təqdim edilmişdir. İordaniya tərəfi sözügedən sənədi imzalamağa hazır olduğunu bildirmişdir).
12) “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İordaniya Haşimilər Krallığının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi (Razılaşdırılmışdır).
13) “Azərbaycan Respublikası Vergilər Nazirliyi və İordaniya Vergilər Departamenti arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum” layihəsi (Razılaşdırılmışdır).
14) “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2013-2014-2015-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” layihəsi (Razılaşdırılmışdır).