Notariat hərəkətləri

Mobil Notariat:

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

 

ETİBARNAMƏ / ƏRİZƏ (İMZA HƏQİQİLİYİNİN TƏSDİQİ)

 Tələb olunan sənədlər:

  • Vətəndaş tərəfindən öncədən tərtib olunmuş etibarnamə/ərizə mətni (şəhər və tarix qeyd olunma şərti ilə, mətnin məzmunu Azərbaycan Respublkasında təqdim olunacağı orqan və ya müəssisə ilə öncədən dəqiqləşdirilsin )
  • Etibar edən şəxsin/ərizəçinin etibarlı Azərbaycan Respublikası ümümvətəndaş pasportunun əsli
  • Dövlət rüsumu – 20 USD 

 

QEYDLƏR:

Eibarnamə/ərizə mətninin məzmununa görə Səfirlik məsuliyyət daşımır (Səfirlik tərəfindən yalnız vətəndaşın imzasının həqiqiliyi təsdiqlənir). İcra müddəti – 3 iş gününə qədər. Vətəndaş yuxarıda sadalanan sənədlər ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir.

Qeyd olunan əməliyyatların poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.

 

TƏRCÜMƏNİN TƏSDİQİ

 

Tələb olunan sənədlər:

  • Tərcümə olunacaq sənədin əsli
  • Sənədin öncədən tərtib olunmuş tərcüməsi
  • Sənədləri təqdim edən vətəndaşın Azərbaycan Respublikası ümümvətəndaş pasportunun əsli
  • Dövlət rüsumu:tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün): - xarici dillərdən-10 USD, xarici dillərə isə- 20 USD

İcra müddəti – 3 iş gününə qədər

Qeyd olunan əməliyyatların poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.

QEYD: Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan müraciət edən şəxsə geri qaytarılacaqdır.

 

SƏNƏDİN SURƏTİNİN TƏSDİQİ

 

Tələb olunan sənədlər:

  • Surəti təsdiq olunacaq sənədin əsli
  • Sənədləri təqdim edən vətəndaşın Azərbaycan Respublikası ümümvətəndaş pasportunun əsli
  • Dövlət rüsumu – 10 USD

İcra müddəti – 3 iş gününə qədər

Qeyd olunan əməliyyatların poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.

QEYD: Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan müraciət edən şəxsə geri qaytarılacaqdır.

Arxiv üzrə axtarış