Sənədlərin sorğu edilməsi
-SƏNƏDLƏRİN AZƏRBAYCAN RESPUBLİKASININ MÜVAFİQ ORQANLARINDAN SORĞU EDİLMƏSİ
Azərbaycan Respublikası orqanlarından müvafiq sənədlərin (subaylıq haqqında, məhkumluğun olmamağı haqqında və s.) sorğu edilməsi Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir.
Bunun üçün vətəndaş şəxsən ərizə yazmalı, müvafiq qaydada anket forması doldurmalıdır. Sorğu edilən məsələ ilə əlaqədar olan bütün sənədlər təqdim edilməlidir.
Misal: Müəyyən vaxtlarda Azərbaycanda təhsil almış İordaniya vətəndaşı bu dövrdə onun heç bir cinayət məsuliyyətinə cəlb edilməməsi haqqında Azərbaycan Respublikası Orqanlarından sorğu etmək istədikdə müvafiq qaydada təhsil haqqında diplomunu və ya onu əvəz edən sənədi Səfirliyin konsulluq bölməsinə təqdim etməlidir.
Sənədlərin sorğu əsasında alınmasına görə, hər sənəd üçün 10 ABŞ dolları məbləğində dövlət rüsumu tutulur.
Hərbi bilet, əmək kitabçası, sürücülük vəsiqəsi, ailə vəziyyəti haqqında arayış, xasiyyətnamələr, Azərbaycan Respublikasının müəssisələrində saxlanılan şəxsi işlər sorğu edilə bilməz.
Ərizəçinin sorğusunun nəticələri barədə məlumat, yalnız sorğu edilən müvafiq təşkilatdan cavab daxil olduqda, mümkün olacaqdır.
Sənədin sorğu edilməsi üçün ərizə-anket forması