Konsulluq məsələləri
- Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin Konsulluq Şöbəsinin adresi: Al-Kursi, Al-Awabed str, # 13
- Phone: (+962 6) 593 55 25, (+962 6) 593 32 31
- Fax: (+962 6) 593 28 26
- E-Mail: amman@mission.mfa.gov.az
- P.OBox: 851894, 11185 Amman
- İş saatları: 9:00-dan - 15:00-dək
- İstirahət günləri: Cümə və Şəmbə günləri
- Web-Site: www.azembassyjo.org
İordaniya Haşimilər Krallığına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları krallığın ölkəmizdəki səfirliyindən viza əldə etməli və ya İordaniyanın istənilən sərhədkeçmə məntəqəsində rəsmiləşdirilir.
Qeyd: Səfirlik AR vətəndaşlarına yalnız Amman Beynəlxalq Hava Limanında viza rəsmiləşdirilməsini məsləhət edir.
AR vətəndaşlarına nisbətdə birdəfəlik giriş-çıxış vizası üçün 57 ABŞ dolları (40 iordaniya dinarı) məbləğındə viza rüsumu odənilir. Vizalar ziyarət, turist, iş, biznes və müvəqqəti və ya daimi yaşayış məqsədilə rəsmiləşdirilir. İş və biznes vizaların alınması, eləcə də krallıqda bu məqsədlə fəaliyyətin aparılması üçün İordaniyanın aidiyyatı qurumlarından müvafiq icazə tələb olunur.
Diplomatik və xidməti pasportlara malik vətəndaşların nəzərinə:
Iordaniya Haşimilər Krallığı və Azərbaycan Respublikasının Hökuməti arasında 29 iyul, 2007-ci il tarixində imzalanmış müqaviləyə əsasən, diplomatik və xidməti pasportların sahibləri, həmçinin azyaşlı və adları pasportda qeyd olunmuş ailə üzvləri İordaniya ərazisində qala, ölkəni tərk edə və ölkə ərasindən tranzit yolu ilə 90 gün vizasız səyahət etmək hüququna malikdir.
Viza rejimini pozan vətəndaşlar tərəfindən (vizanın müddəti bitdikdə) hər gün üçün 3 ABŞ dolları (2 iordaniya dinarı) məbləğində cərimə ödənilir.
Ölkədə qalma və hərəkət: Krallıqda daimi və ya müvəqqəti yaşamaq üçün yaşayış icazəsi (havuyya) əldə etmək lazımdır. İordaniya daxilində istənilən yerə hərəkət etmək üçün pasport olmalıdır.
Heyvanların ölkəyə gətirilməsi və aparılması: Ev heyvanlarının İordaniya Krallığına gətirilməsi üçün müəyyən proseduralara əməl edilməlidir:
- Heyvanın baytar qeydiyyat sənədi (peyvənd qeydləri)
- Baytar tərəfindən verilmiş sağlamlıq sənədi
- Bu sənədlər Azərbaycanın müvafiq qurumlarında və İordaniyanın ölkəmizdəki Səfirliyində təsdiq edilməlidir.
Gömrük qaydaları: İordaniya Haşimilər Krallığında gömrük qaydaları əksər dünya gömrük qaydalarına uyğundur.
Diaspora:
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin konsulluq bölməsində qeydiyyatda duran Azərbaycan Respublikası vətəndaşlarının sayı 47 nəfərdir. Səfirlik İordaniyadan başqa Fələstin, İraq və İsraildə yaşayan həmvətənlərimizlə də əlaqə saxlayaraq onlara lazımi hüquqi və digər yardımlar göstərir.
İordaniya Haşimilər Krallığında yaşayan həmvətənlərimiz əsasən tibb, biznes, təhsil və mədəniyyət sahələrdə fəaliyyət göstərirlər. Bundan əlavə Səfirlikdə konsulluq qeydiyyatında duran həmvətənlərimizin bir qismi krallığın bir sıra təhsil müəssisələrində təhsil alırlar. AR vətəndaşları əsasən paytaxt Amman şəhəri, eləcə də İrbid və Zarqa kimi böyük şəhərlərdə yaşayırlar.
Krallıqda azərbaycanlıların diaspora təşkilatı və Azərbaycan-İordaniya Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Dostluq Cəmiyyətinin sədri senator Mərvan Al-Hammuddır. İl ərzində Səfirlik tərəfindən təşkil edilən bütün tədbirlərdə (Azərbaycanın Müstəqilliyi Günü, Ümummilli lider Heydər Əliyevin anım mərasimi, Xocalı soyqırımı, Dünya Azərbaycanlıların Həmrəylik Günü ve s.) azərbaycan diasporası və Azərbaycan-İordaniya Dostluq cəmiyyətinin üzvləri fəal iştirak edir.
Media: Hal-hazırda İordaniya Haşimilər Krallığında akreditassiya olan yalnız “AzərTac” informasiya Agentliyinin xüsusi müxbiri Asya Haciyeva fəaliyyət göstərir (tel: +962 77 5524792)