2010-cu il

2010-cu ilin 3 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində İordaniya Kralı II Abdullah ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı səfərlərin əhəmiyyəti, ikitərəfli əlaqələrin və onların inkişafı üçün mövcud olan potensial və digər məsələlər müzakirə olunub.

2010-cu ilin 09-14 mart tarixlərində İordaniyanın Gənclərlə iş üzrə Ali Şurasının baş katibi, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Sari Hamdanın rəhbərlik etdiyi nümayəndə heyəti əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycanda səfərdə olub.

2010-cu ilin 20-27 aprel tarixlərində İordaniya kənd təsərrüfatı nazirinin müşaviri N.Havmdeh Azərbaycana səfər edib.

2010-cu ilin 26-29 aprel tarixlərində İordaniya Silahlı Qüvvələrinin strateji planlaşdırma üzrə qərargah rəisi, briqada generalı A.Tell Azərbaycana səfər edib.

2010-cu ilin 10-13 may tarixlərində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Y.Camalov İordaniyaya səfər edib.

2010-cu ilin 15-16 may tarixlərində İordaniya Kralı II Abdullah ölkəmizə səfər edib. Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında keçirilmiş təkbətək görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılib.

2010-cu il 6-9 iyun tarixlərində Azərbaycan Respublikası Polis Akademiyasının rəisi, polis general-mayoru R.Nağıyev İordaniyaya səfər edib.

2010-cu il 6-10 sentyabr tarixlərində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev İordaniyaya səfər edib.

2010-cu il 22-23 oktyabr tarixlərində İordaniya təhsil naziri İbrahim Bədran Azərbaycana səfər edib.

2010-cu il 29 noyabr-3 dekabr tarixlərində İordaniyada Azərbaycan Mədəniyyət günləri keçirilib. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Ə.Qarayev iştirak edib.

2010-cu il 6-10 dekabr tarixlərində AR Milli Elmlər Akademiyasının prezidenti akademik

M.Kərimov İordaniyaya səfər edib.

Arxiv üzrə axtarış