2018 Formula 1 Azərbaycan Qran Pri yarışının və təşkili və keçirilməsi ilə bağlı visa haqqında məlumat

Azərbaycan Respublikası Prezidentinin 3591 saylı, 19.01.2018-ci il tarixli 2018 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncamına əsasən, 2018-ci ilin martın 15-dən mayın 15-dək vizalar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələri tərəfindən rəsmiləşdiriləcəkdir. Viza rəsmiləşdirilməsi üçün əsas hesab edilən sənədlərdən biri:

  1.  Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd.
  2. Bakı şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart
  3. 2018 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet və ya bilətin əldə olunmasını təsdiq edən sənəd.

-          Eyni zamanda 2018 formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (yalnız AR Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanına əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə - 94 ölkə) “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır.

Arxiv üzrə axtarış