2015-ci il

2015-ci il 28-29 aprel  tarixlərində Bakı III Qlobal Forumunda iştirak etmək məqsədilə İordaniya nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2015-ci il 4-6 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini G.Paşayevanın başçılıq etdiyi nümayəndə nümayəndə heyəti İordaniyaya səfər etmişdir.

2015-ci ilin 5 may tarixində Azərbaycanın İordaniyadakı səfirliyi və Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən İordaniya Universitetində fiziki qüsurlu (görmə qabiliyyətindən məhrum, lal-kar və əlil arabalardan istifadə edən) tələbələr üçün hədiyyə edilmiş kompyuter laboratoriyasının açılışı olub.

2015-ci il 21-23 may tarixlərində AR rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak etmək məqsədilə İordaniyaya səfər etmişdir.

2015-ci il 12 iyun tarixində İordaniya şahzadəsi Feysal bin Hüseyn Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etmişdir.

 

 

Arxiv üzrə axtarış