2016-cı il

2016-cı ilin 9-10 mart tarixlərində İordaniyanın sabiq baş naziri Abdelsalam əl-Məcali IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. A. əl-Məcali səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuşdur.

2016-cı ilin 10-11 may tarixlərində AR Milli Məclisinin üzvü, millət vəkili Q.Paşayeva Parlamentdə təmsil olunan Qadınların Qlobal Forumunda iştirak etmək məqsədilə İordaniyada səfərdə olmuşdur.

2016-cı ilin 27 sentyabr tarixində yüksək rütbəli İordaniya hərbçilərindən ibarət nümayəndə heyəti “ADEX 2016” – 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

2016-cı ilin 29-30 sentyabr tarixlərində İordaniya Senatın üzvləri – İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan əl-Hmud, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri Məhəmməd əs-Saqur İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin üzvü Cəfər Huneyt, habelə Nümayəndələr Palatasının sabiq üzvü, İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq sədri Hazem Qaşou, yazıçı, Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilk evi”nin ( “Dar əl-Arubə”) baş direktoru Sultan Haşim Xəttab  və yazıçı-jurnalist, tarixçi Ömər əl-Armuti V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

2016-cı ilin 3 oktyabr tarixində İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakıda keçirilmiş niyyət konfransında İordaniyanın Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilk evi”nin ( “Dar əl-Arubə”) baş direktoru Sultan Haşim Xəttab  və yazıçı-jurnalist, tarixçi Ömər əl-Armuti iştirak etmiş, konfransın nəticəsi olaraq qəbul edilmiş bəyanata imza atmışlar.

2016-cı ilin 3 oktyabr tarixində iordaniyalı yazıçı-jurnalist, tarixçi Ö.əl-Armutinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabının Bakıda təqdimat mərasimi keçirilmişdir. Kitab respublikamızın İordaniyadakı Səfirliyinin dəstəyi ilə çap olunmuşdur.

2016-cı ilin 23-25 oktyabr tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Al əl-Beyt İslam Fikri Akademiyasının konfransında iştirak etmək məqsədilə İordaniyaya səfər etmişdir. A.Paşazadə səfər çərçivəsində Kral II Abdullah ilə görüşmüşdür.

2016-cı ilin 23-25 oktyabr tarixlərində AR Milli Məclisinin üzvü, millət vəkili Cavanşir Paşazadə İordaniyaya səfər etmişdir. C.Paşazadə səfər çərçivəsində İordaniya Senatının üzvü, İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan Abdulhəlim ən-Nəmr əl-Həmud və parlamentlərarası dostluq qrupunun yeni üzvü Himad Əli əl-Muayata ilə Senatda görüş keçirmişdir.

 

Arxiv üzrə axtarış