2015-04-05
Səfir S.Ağabəyov Əmman şəhər Meri, cənab Aqel Biltaji ilə görüşmüşdür.
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov Əmman şəhərinin meri Aqel Biltaji ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Bakı ilə Əmmanın qardaşlaşmış şəhərlər olduğu və bunun ikitərəfli münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilmişdir. Dövlətlərimizin başçıları arasında dostluq münasibətlərinin xalqlarımızın əlaqələrinin inkişafında rolu xüsusi vurğulanmışdır.
Azərbaycanın bugünkü inkişafı haqqında məlumat verən S.Ağabəyov Bakının dünyanın ən müasir və gözəl şəhərlərindən biri olduğunu vurğulamışdır. O, Bakıda həyata keçirilən yenidənqurma və abadlıq işlərinin hər zaman Prezident İlham Əliyevin diqqətində olduğunu söyləmişdir.
Əmman şəhərinin meri A.Biltaji bildirmişdir ki, qardaş Azərbaycanın uğurları iordaniyalıları çox sevindirir. O, beynəlxalq televiziya kanallarında Azərbaycanla bağlı reklam çarxlarının yayımlanmasının bu ölkəyə turist axınının artmasında müsbət rol oynayacağına əminliyini bildirmişdir. A.Biltaji demişdir ki, Azərbaycan ilə İordaniya arasında birbaşa aviareyslərin bərpası hər iki ölkənin turizm sektorunun inkişafına təkan verə bilər.
Görüşdə, həmçinin ölkələrimizdə keçirilən mədəni tədbirlərdə qarşılıqlı iştirakın əhəmiyyəti qeyd edilmişdir. İordaniyanın Azərbaycan ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduğu bildirilmiş, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinin vacibliyi qeyd edilmişdir.
Söhbət zamanı səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan ərazilərinin bir qisminin Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizdə bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdir. S.Ağabəyov İordaniyanın münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını çatdırmışdır.
Görüşün sonunda səfir Əmman şəhərinin merinə Azərbaycan haqqında əyani vəsaitlər, kitablar, disklər və s. təqdim etmişdir.
Görüş yerli “Əl-Dustur”, “The Jordan Times” qəzetləri və “Petra” milli informasiya agentliyi tərəfindən işıqlandırılmışdır.