2021-06-22

Cari ilin 22 iyun tarixində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin inzibati binasında sertifikatlarının təqdim etmə mərasimi baş tutmuşdur.

Cari ilin 22 iyun tarixində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin inzibati binasında cari ilin 1-5 mart tarixlərində virtual formatda QH simulyasiya məşğələsində İordaniya tərəfindən iştirak etmiş gənclərin (Samia Khamees və Saber Hassan Moustafa) sertifikatlarının təqdim etmə mərasimi baş tutmuşdur.

Səfir Eldar Səlimov məşğələ iştirakçılarına öz təşəkkürünü bildirmiş, Qoşulmama Hərəkatı barəsində, o cümlədən ölkəmizin təşkilata 2019-2022-ci illər ərzində sədrliyi ilə bağlı dolğun məlumatlarla paylaşmışdır. Əlavə olaraq, İordaniya gənclərinin bu cür tədbirlərdə iştirakının önəmliyindən bəhs edilərək, onların Azərbaycanla bağlı həqiqətlərin gənclər arasında bölüşəcəklərinə dair ümidlər ifadə edilmiş, bu cür tədbirlərdə daha fəal iştirak etməkləri arzulanmışdır.

 

Arxiv üzrə axtarış