Cari ilin 24 iyul tarixində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov etimadnaməsinin surətini İordaniya Haşimilər Krallığının Xarixi İşlər və Mühacir Məsələləri Nazirliyinin Baş katibi Yusif Əl-Bataynehə təqdim edib. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri, Azərbaycan-İordaniya arasındakı əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilmişdir.