2021-12-27

Nizami Gəncəvi ərəb tədqiqatçılarının gözü ilə» adlı kitab 400 nüsxədə Əmman şəhərində çap edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə elan edilmiş «Nizami Gəncəvi İli» çərçivəsində Səfirliyimizin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə, cari ilin 20 dekabr tarixində 294 səhifədən ibarət «Nizami Gəncəvi ərəb tədqiqatçılarının gözü ilə» adlı kitab 400 nüsxədə Əmman şəhərində çap edilib.

Adıçəkilən kitab səfir Eldar Səlimovun giriş sözü, AMEA-nin vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktoru akademik İsa Həbibbəylinin və İnstitutun Qədim dövr Azərbaycan ədəbiyyatı Şöbəsinin müdiri professor İmamverdi Həmidovun, eləcə də İordaniya, Misir, Mərakeş, Əlcəzair, İraq, Livan və Suriyadan olan alimlərin elmi tədqiqatlarından ibarətdir.  

Digər tərəfdən, Səfirliyin təşəbbüsü və İordaniya Universitetinin rektoru, sabiq səhiyyə naziri doktor Nəzir Obeydatın himayəsi ilə, 26 dekabr tarixində ərəb-islam dünyasında geniş nüfuza malik həmin ali təhsil ocağında “Nizami Gəncəvi ərəb tədqiqatçılarının gözü ilə” adlı beynəlxalq elmi simpozium keçirilib.

COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə riayət edilmləklə və Universitetin Xarici Dillər Fakültəsinin dekanı x-m doktor Nahid Ommeyşin, Yunus Əmrə İnstitutunun direktoru Cengiz Erolun, elm və media nümayəndələrinin fiziki iştirakı ilə, bu mühüm tədbirdə çıxış edən səfir E.Səlimov dövlətimizin başçısının müvafiq sərəncamı əsasında 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli”nin elan edildiyini konfransın xarici iştirakçılarının diqqətinə çatdırıb, işıq üzü görən “Nizami Gəncəvi ərəb tədqiqatçılarının gözü ilə” kitabının ərəb coğrafiyasında fəaliyyət göstərən nizamişünaslar üçün əhəmiyyətini qeyd edib, dahi şairimizin yaradıcılığına nəzər salıb.

Konfrasa virtual formatda qoşulan akademik İ.Həbibbəyli, xüsusi tapşırıqlar üzrə səfir, YUNESKO üzər Azərbaycan Respublkikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və professor İ.Həmidov ilə yanaşı,  kitabın qeyri-iordaniyalı ərəb həmmüəllifləri Nizami Gəncəvinin həyatı və yaradıcılığı ətrafında çıxış ediblər.

Akademik İ.Həbibəyli, xüsusi tapşırıqlar üzrə səfir S.Fətəliyev və professor İ.Həmidov ulu öndər Heydər Əliyevin dönəmindən bəri Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyətinə dövlət səviyyəsində verilən əhəmiyyətə toxunublar.

Digər çıxışçılar böyük şairin fars dilində yaratdığına baxmayaraq, Azərbaycanlı olduğunu əsaslandırmış, beləliklə də, böyük mütəfəkkirimizin milli kimliyi barəsində tarixi ədaləti təsdiq etmiş olmuşlar.

Tədbirin sonunda yuxarıda göstərilən kitabın təqdimatı keçirilmişdir.

Xüsusi qeyd etmək istərdik ki, dövlətimizin dəstəyi ilə, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi barəsində məhz kitab şəklində bu cür əhəmiyyətli əməyin ərsəyə gəlməsi müasir tariximizdə ilk dəfə baş verən hadisə və böyük bir coğrafiyanın Nizami Gəncəvi barədə dürüst faktoloji informasiya ilə zənginləşdirilməsinə dəyərli töhfədir. Bu fikirləri AMEA-nin vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktoru akademik İ.Həbibbəyli də vrğulayıb. 

       

Arxiv üzrə axtarış