Səfir E. Səlimovun İordaniya Haşimilər Krallığının Aqaba rayonuna işgüzar səfəri
2021-ci ilin 23-25 noyabr tarixlərində səfir E.Səlimovun İordaniya Haşimilər Krallığının Aqaba rayonuna işgüzar səfəri baş tutmuşdur.
Səfər çərçivəsində Aqaba şəhərinin qubernatoru Məhəmməd ər-Rafaya, Aqaba Xüsusi İqtisadi Zonasının (Aqaba Special Economic Zone Authority-ASEZA) Səlahiyyətlilər Heyətinin sədri Nəif Bəxit, Heyətin sədr müavini, turizm səlahiyyətlisi Şarhəbil Madi, eləcə də Krallığın Turizm və Arxeologiya Nazirliyinin Aqaba şəhərindəki Departamentinin direktoru İmad ər-Ravahneh, Mədəniyyət Nazirliyinin Aqaba üzrə Nümayəndəliyinin rəhbəri Tariq əl-Bdur və “Əmvac“ Mədəniyyət və İncəsənət Assosiasiyasının direktoru Yasir Caraba ilə görüşlər keçirilmişdir.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunmuşdur.