2023-11-21

Elektron Növbə Portalı

Səfirlik İordaniya vətəndaşlarına, bu ölkədə yaşayan digər dövlətlərin vətəndaşlarına, habelə Azərbaycan Respublikasının vətəndaşlarına daha keyfiyyətli konsulluq xidmətlərinin göstərilməsi məqsədilə  Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin yeni Elektron Növbə Portalı haqqında məlumatları diqqətinizə təqdim edir.

Bu portal Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən göstərilən konsulluq xidmətləri ilə bağlı əvvəlcədən növbə təyin etmək üçün onlayn vasitədir. Bu xidmətdən Azərbaycan Respublikasının vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər.

Elektron qəbul onlayn qeydiyyat zamanı tətbiq edilən “Xidmət seçimi” bölməsinə daxil olan bütün xidmətlərə şamil edilir. Müraciətçilər appointment.mfa.gov.az internet saytına daxil olaraq elektron növbə götürə bilərlər.

Elektron Növbə Portalında istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır.

Arxiv üzrə axtarış