2023-12-27

İordaniya mediası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında məqalələr dərc edib

ordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi səhifəsində, ölkənin aparıcı “Əl-Rəy”, “Əl-Dustur” və “Əl-Ənbat” hökumət qəzetlərinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik ammonnews.comjohinanews.comnbnjo.comnayrouz.comorobanews.comshahennews.comjordanzad.com və assabeel.net elektron xəbər portallarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən yerli mətbuata verilmiş bəyanat əsasında “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür”, “Azərbaycan Səfirliyi: Azərbaycan diasporunun üzvlərinə İordaniyada diqqət və qayğı göstərilir”, ”Azərbaycanın 50 milyonluq diasporu” sərlövhəli məqalələr dərc edilib.

Məqalələrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması tarixindən, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsindən, bu bayramın bütün azərbaycanlılar üçün əhəmiyyətindən, təməli Ulu Öndər tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını qoruyub saxladığından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələni prioritet hesab etməsindən bəhs olunub, hazırda azərbaycanlıların dünyanın 70-dən çox ölkəsində, o cümlədən İordaniyada sərbəst yaşadığı və həmin ölkələrin ictimai-siyasi həyatında fəal rol oynadığı, eyni zamanda, bu əlamətdar günün bütün dünyada təntənəli şəkildə qeyd edildiyi vurğulanıb.

Məqalələrdə, həmçinin Azərbaycanda 2023-cü ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunduğu diqqətə çatdırılıb.

Arxiv üzrə axtarış