2024-04-28
Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub
İordaniya Turizm Bürosu tərəfindən təşkil edilmiş birhəftəlik tanışlıq səfərində iştirak etmək üçün hazırda bir qrup Azərbaycan turizm şirkəti nümayəndələri İordaniya Krallığındadır.
Məqsəd iki ölkə arasında turizm əlaqələrini inkişaf elətdirmək, qarşılıqlı turistlərin mübadiləsi və yaxın vaxtlarda açılması planlaşdırılan birbaşa hava əlaqəsinə töhfə verməkdir.
Bu məqsədlə İordaniyanın paytaxtı Amman şəhərində Azərbaycanı təmsil edən 5 turizm şirkəti ilə İordaniyanın 20 yerli turizm şirkəti arasında işgüzar (b2b workshop) görüş təşkil edilib.