2024-05-29

Azərbaycanda minalardan təmizləmə üzrə 3-cü beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikası Hökuməti və BMT-nin birgə təşkilatçılığı ilə humanitar minatəmizləmə üzrə üçüncü beynəlxalq konfrans keçiriləcək. “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək naminə resursların səfərbər edilməsi” başlıqlı konfrans 30-31 may 2024-cü il tarixlərində Azərbaycanın Zəngilan və Bakı şəhərlərində keçiriləcək. Sözügedən aktual mövzu Azərbaycanın COP29 sədrliyi ilə ahənglik təşkil edir.

Azərbaycan minalarla çirklənmə problemiylə ağır şəkildə üzləşən ölkə olaraq gələcək nəsillər üçün "yaşıl" sabahı təmin edəcək, mina təhlükəsindən azad olan dünya naminə qlobal səylərin birləşdirilməsi hədəfinə sadiqdir.

Arxiv üzrə axtarış