2017-06-07

“Mən Azərbaycan haqqında nə bilirəm

Əziz dostlar!

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2017-ci ilin “islam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərinin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Qalıbləri Azərbaycan Respublikasına unudulmaz səyahət gözləyir!

 

Diqqət: Ölkələrin sayı çox olduğu üçün hər ölkədən yalnız 5 nəfər qalib seçiləcəkdir.

 

Müsabiqənin şərtləri:

- Müsabiqədə 18-29 yaş arası olan gənclər iştirak edə bilərlər.

- Esselər ingilis dilində və 2.500 sözdən çox olmamalıdı.

- Esselər Arial 12 şrifti ilə yazılmalı və 30 lyun 2017-ci il tarixinə qədər (yaddaş kartında) AR-ın  İordaniyadakı səfirliyinə təqdim edilməlidir.

 

Esse ilə yanaşı aşağıdakı sənədlər təqdim edilməlidir:

- anket forması

- tərcümeyi-hal (CV)

- passport surəti

 

Qaliblər müəyyən edilərkən təqdim edilmiş esselərin elmi cəhətdən kifayət qədər əsaslandırılmasına, istifadə edilmiş ədəbiyyatın siyahısına və tarixi mənbələrin dəqiq göstərilməsinə, eyni zamanda məlumatların düzgünlüyünə xüsusi diqqət yetiriləcəkdir.

Ümumi mövzuların çərçivəsində gənclər öz maraqlarına, təhsil və elmi sahələrinə uyğun olan xüsusi mövzu seçə bilərlər.

 

“Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazi müsabiqəsi üçün tövsiyə edilən mövzular:

-       Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri

-       Qarabağ münaqişəsinin reallıqları

-       Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti

-       Azərbaycanın əhalisi, dili və adət-ənənələri

-       Azərbaycanın beynəlxalq siyasətdəki rolu

-       Azərbaycan-İordaniya; tarixi əlaqələr və perspektivlər

-       Azərbaycanın iqtisadi inkişafı

-       Azərbaycanın neft və qaz strategiyası

-       Azərbaycan qədim mənbələrdə

 

Qeyd: Səfər çərçivəsində müsabiqədə iştirak edən ölkələrin təqdimatlarının (musiqi, rəqs, milli mətbəx) keçirilməsi nəzərdə tutulur.

Arxiv üzrə axtarış