2023-11-22

İordaniya KİV-ləri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətinə geniş yer ayırıb

İordaniyanın “Petra” dövlət informasiya agentliyinin rəsmi səhifəsində, aparıcı “Al-Ray” və “Al-Anbat” rəsmi qəzetlərinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik olan www.ammonnews.comwww.johinanews.comwww.alsaa.netwww.nbnjo.comwww.nayrouz.comwww.assabeel.netwww.marayanews.com və www.cleopatranews.com elektron xəbər portallarında Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçıları xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına ünvanlandığı müraciəti əsasında “Azərbaycan Fələstin məsələsini daim diqqətdə saxlayır” sərlövhəli məqalə dərc edilib.

Məqalədə birinci xanım Mehriban Əliyevanın müraciətinə istinad edilərək, İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olmasının ciddi narahatlıq doğurduğu, Azərbaycanın hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəklədiyi və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs verdiyi, ölkəmizin beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarı olduğu diqqətə çatdırılıb.

Yazıda, həmçinin birinci xanım Mehriban Əliyevanın müraciətinə istinadla Azərbaycan Respublikasının fələstinlilərə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərdiyi, eyni zamanda, ölkəmizin Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanıb.

Məqalədə birinci xanım Mehriban Əliyevanın müraciətində toxunduğu Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzünün nəticələri, BMT Təhlükəsizlik Şurasının icra edilməyən qətnamələri və 44 günlük Vətən müharibəsi, eləcə də bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyularaq suverenliyimizin tam bərpa olunması da öz əksini tapıb.

Arxiv üzrə axtarış